Sionistlər jurnalistlərə də rəhm etmirlər
Qəzzə zolağı ilə işğal olunmuş ərazilər sərhədində Qayıdış Haqqı böyük yürüşlərində sionist rejim hərbçiləri tərəfindən vurulan fələstinli jurnalist yaralarının ağırlığı üzündən şəhid olub. Bu isə sionist rejimin Fələstinlə bağlı həqiqətlərin dünyaya əks olunmasına qarşı olduğunu göstərir.
Sionist işğalçılar 2013-cü ildən bəri 24 jurnalist və müxbiri qətlə yetiriblər. Sionistlərin şəhid etdikləri son jurnalist bu gün dünyasını dəyişən Əhməd Əbu Hüseyn idi. Yasir Mürtəceh də iki həftə öncə dünyasını dəyişdi. Bu iki jurnalist Qəzzə zolağı sərhədlərində Qayıdış Haqqı böyük yürüşlərindən reportaj hazırladıqları zaman şəhid ediliblər. Sionistlər jurnalistləri qətlə yetirməklə həqiqətləri məhv etməyə cəhd edirlər.
Fələstin Jurnalistlər Birliyinin məsul şəxsi deyib: Jurnalistlər Birliyi öz əməkdaşı Əhməd Əbu Hüseynin şəhadətə yetirilməsindən çox güclü şəkildə təəssüfləndiyini bildirir. Bu da bütün jurnalistlər, o cümlədən Qəzzədə jurnalistlər üçün önəmli məsələnin jurnalistlər arasında birliyin gücləndirilməsi olduğunu göstərir.
Fələstin Jurnalistlər Birliyi və ictimai dairələrin fəalları şəhid Əhməd Əbu Hüseyn üçün simvolik bir yürüş keçiriblər. Və onun dəfn mərasimini Hayramullah prospektində cənazəsini əllər üzərində daşıyaraq keçiriblər. Fələstinli aksiyaçılar beynəlxalq ictimaiyyətdən jurnalistləri qətlə yetirərək cinayətlər törədən sionist rejim başçılarının mühakimə edilməsini tələb ediblər.
Bir fələstinli deyib: Bugünkü dünya azad və demokratik prinsiplərinə əsaslanırsa, fələstinlilər və fələstinli jurnalistlərə qarşı bu cinayətlərin durdurulması üçün addım atmalıdır.
Jurnalist fələstinlidirsə, təhlükə altındadır. Ya öldürüləcək, ya da həbs olunacaq. Bir çox jurnalist də yaralanmışdır.