Haarets: Sionist rejimin nüvə yalanları davam edir
Sionist Haarets qəzeti sionist rejimin baş naziri Benyamin Netanyahunun İranın nüvə fəaliyyətləri barədəki iddialarına toxunaraq, yazıb ki, sionist rejim özünün ardıcıl nüvə yalanlarını davam etdirir.
Sionist Haarets qəzetinin saytı dünən qəzetin baş redaktotu Gidon Levinin "İsrail rejimi yalan danışdı" adlı məqaləsində yazıb ki, sionist rejim özünün 60 il ardıcıl nüvə yalanlarını davam etdirir və indiyədək özünün nüvə proqramı haqda həqiqəti deməyibdir.
Bu sionist qəzet əlavə edib ki, sionist rejimin Dimona reaktorunun tibb istifadəsi barədəki iddiaları əsrin yalanı olub, zira bu rejim nüvə qaranlığı siyasətini yürüdür.
Sionist rejimin heç bir konvensiyanı imzalamadığını və heç bir təşkilata təftiş icazəsini vermədiyini etiraf edən Haarets qəzeti yazıb ki, istər işğal olunmuş Fələstin ərazilərində olmuş-olsun, istərsə də digər yerlərdə bu rejimin nüvə yalanlarını ifşa etməyə çalışan hər bir kəs düşmən və xain olmaqda günahlandırılaraq, məhkum edilir.