İraq seçkilərində müqavimət mehvəri koalisiyası qalib gəldi
İraqda səslərin sayılması üzrə yekun nəticələrə əsasən, Müqtəda Sədr koalisiyası 54 yerlə birinci, Fəth 47 yerlə ikinci, əl-İbadi isə 42 yerlə üçüncü yerdə qərarlaşıb.
İraqın Seçki Komissiyası bildirib: İŞİD terror qruplaşmasının məğlubiyyətində əsaslı rola malik olan Fəth koalisiyası bu seçkilərdə 47 yeri qazanmaqla ikinci yeri tutub.
İraqın hazırkı baş naziri Heydər əl-İbadinin koalisiyası da bu seçkilərdə 42 yeri qazanıb və üçüncü olub.
Müqtəda Sədr İraq baş naziri ola bilməz, çünki seçkilərdə iştirak etməyib. Onun İraq seçkilərində qalib gəlməsi baş nazirin seçilməsində onun mövqeyini gücləndirəcək.
İraqda 4-cü parlament seçkiləri şənbə günü 27 seçki koalisiyası, 205 partiya və siyasi qrupun iştirakı ilə keçirildi. Ümumilikdə 329 deputat mandatlığı uğrunda 88 seçki dairəsində rəqabət aparıldı. İŞİD-in məğlubiyyətindən sonra İraqda ilk dəfə idi ki, parlament seçkiləri keçirildi. Seçici fəallığı 44,5% olub.