Qayıdış Haqqı yürüşündə yaralanan iki fələstinli şəhid olub
Fələstin Səhiyyə Nazirliyi Qayıdış Haqqı yürüşündə yaralanan iki fələstinli gəncin şəhid olduğunu bildirib.
Əl-Aləm televiziyasının məlumatına görə, Fələstinin Səhiyyə Nazirliyi bildirib: Ötən bazar ertəsi günü Qəzzədə sionist hərbçilərin atəş açması nəticəsində yaralanan iki fələstinli gənc Məhəmməd Mazin Əlya və Müin Əbdülhəmdi Əs-Sai yaralarının ağırlığı üzündən şəhid olub.
İki fələstinlinin şəhid olması ilə ötən bazar ertəsi Qayıdış Haqqı yürüşündə şəhid olan fələstinlilərin sayı 64 nəfərə, 30 martdan isə bu yürüşlərdə şəhid olanların sayı 119 nəfərə çatıb.
Qayıdış Haqqı yürüşündə 12 mindən çox fələstinli də sionist hərbçilər tərəfindən yaralanıb. Onlardan 300-dən çoxunun vəziyyəti ağırdır.
Bu arada Misirin ərzaq və tibbi yardım karvanı ötən gecə Qəzzəyə daxil olub. Bu yardımlar dərman və tibbi təchizata şamil olur və Qayıdış Haqqı yürüşündə yaralanan yaralıları müalicə etmək üçün Qəzzə zolağı xəstəxanaları və tibb mərkəzlərinə təhvil veriləcək.