İraq seçki komissiyası parlament seçkilərinin sağlamlığını vurğulayıb
İraq ali müstəqil seçki komissiyasının sədri bu ölkənin parlament seçkilərinin sağlamlığını təsdiq edib. O, səsverməni və səslərin elektron sayılışını əldə olunmuş nəticələrə uyğun gələn uğurlu bir vasitə adlandırıb.
Riyad Bədran dünən bir mətbuat konfransında vurğulayıb: İraq parlament seçkiləri yerli və beynəlxalq nəzarətlərlə həyata keçirilib və xalqın səsi və nəzərinə hörmət edilməlidir.
İraq ali müstəqil seçki komissiyasının sədri son seçkilərin nəticələrinə qarşı 1800 haldan çox şikayət və etirazın daxil olmasına toxunub. O, deyib: Seçki mərkəzləri icraçılarının ehtimal olunan səhlənkarlıqlarının araşdırılması üçün ixtisas və araşdırma komissiyaları yaradılıb və qarşıdakı on gün ərzində bu komissiyanın məhkəmə komitəsi tərəfindən şikayətlərə baxılacaqdır.
Bədran İraq parlamentinin seçkilərin sağlamlıq miqdarından əmin olmaq üçün seçki məntəqələrinin on faizində səslərin əl ilə sayılması vacibliyinə dair son qərarına toxunub. O, deyib: Bu işin görülməsi qanuni icazə tələb edir, zira seçki qanunu səslərin elektron sayılışı vacibliyinə təkid edibdir.
İraq parlamenti böyük əksəriyyətlə bütün səslərin on faizinin əl ilə sayılması və ölkə xaricində seçkilərin nəticələrinin ləğv olunması layihəsilə razılaşdığını bildirib.
İraqdakı son parlament seçkiləri qeydiyyat və elektron sayılış formasında keçirilib və seçki büllütenləri qeydə alındıqdan sonra səsvermə qutularına salınıbdır.
İraq parlament seçkiləri 2018-ci il mayın 12-də on bir milyon iraqlının iştirakı, yəni 44 faizdən yuxarı iştirak ilə keçirildi. Bu seçkilərdə Sairun koalisiyası parlament yerlərinin 54-nü, Əlnəsr koalisiyası isə 43-nü əldə edibdir.