Əl-Müəllim: İranın Suriyada bazası olmasına dair İsrailin iddiası yalandır
İyun 02, 2018 18:07 Asia/Baku
Suriya xarici işlər naziri deyib: İranın məsləhətçi qüvvələri Suriyanın dəvəti ilə bu ölkəyə gəliblər və onların iştirakı tamamilə qanunidir. İran qüvvələri və bazaları haqda deyilən sözlər sionistlərin sözüdür və ağ yalandır.
Fars Xəbər Agentliyinin məlumatına görə, Suriya xarici işlər naziri Vəlid əl-Müəllim bu gün keçirdiyi mətbuat konfransında terrorizmlə mübarizədə elə əvvəldən Suriyanın yanında olduğuna görə, İran xalqı və rəsmilərinə təşəkkür etməyin lazım gəldiyini bildirərək əlavə edib: ABŞ və Türkiyənin Suriyada qeyri-qanuni iştirakının əksinə olaraq İranın Suriyadakı iştirakı tamamilə qanunidir.
Sionist rejim Suriyada terrorçuların məğlub olmasından çox nigarandır. Suriya ordusu son aylarda terrorçulara ağır zərbələr endirib.