Suriyaya qarşı yeni kimyəvi ssenari haqda xəbərdarlıq
İyun 21, 2018 04:30 Asia/Baku
Rusiya Xarici İşlər Nazirliyi Dəməşqi suçlamaq və bu ölkəyə hücum etmək məqsədilə Suriyada yeni kimyəvi hücumların baş verməsi ehtimalından xəbər verib.
Novosti İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü Suriya dövlətinə zərbə vurmaq məqsədilə bu ölkədə kimyəvi hücum haqda xəbərdarlıq edib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib: Suriyada kimyəvi hücumlar üçün çoxlu təhriklər vardır. Məqsəd isə kimyəvi silahdan istifadədə Dəməşqi yenidən suçlamaqdır.
Zaxarova əlavə edib: Suriya olaylarının yeni mərhələsində bu ölkə hökumətinin kimyəvi silahlardan sivillərə qarşı istifadə etməsi ilə əlaqədar iddiaların yenidən irəli sürülməsi gözlənilir.
Teqlər