Qəzzədə yaralı fələstinli gənc şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314380-qəzzədə_yaralı_fələstinli_gənc_şəhid_olub
Ötən ay sionist hərbçilərin atəş açması nəticəsində yaralanan fələstinli gənc yaralarının ağırlığı üzündən şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2018 07:45 Asia/Baku
  • Qəzzədə yaralı fələstinli gənc şəhid olub

Ötən ay sionist hərbçilərin atəş açması nəticəsində yaralanan fələstinli gənc yaralarının ağırlığı üzündən şəhid olub.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, 23 yaşlı fələstinli gənc Məhəmməd Qəssan Əbu Diqqə ötən ay ABŞ səfirliyinin Qüdsə köçürüldüyü gündə etiraz aksiyalarında sionist hərbçilər tərəfindən yaralanmışdı. 

ABŞ səfirliyinin Qüdsə köçürüldüyü Nikbət günündə azı 65 fələstinli sionist hərbçilər tərəfindən şəhid edildi və 2 min 700-dən çox fələstinli yaralandı. 

Digər tərəfdən sionist rejimi hərbçiləri İordan çayının qərb sahilinə basqın edərək ittihamı elan olunmadan 17 fələstinlini həbs ediblər. 

Fələstin Kütləvi İnformasiya Vasitələrinin bildirdiyinə görə, bu hücum nəticəsində sionistlər və fələstinlilər arasında güclü toqquşma baş verib.