Livanın cənubundakı əl-Mənsuri qəsəbəsində ardıcıl partlayışlar və evlərdə yanğın
Sen 19, 2026 20:03 Asia/Baku
Livan mənbələrinin məlumatına görə, işğal sionist rejim qüvvələri bu gün Livanın cənubuna qarşı təcavüzlərini davam etdirərək, ölkənin cənubunda yerləşən əl-Mənsuri qəsəbəsində üç ard-arda üç partlayış törədiblər.
Bu hərəkətlə eyni zamanda işğalçı hərbçilər həmin ərazidə bir neçə evi də yandırıblar.Məlumata görə, partlayışlar yaşayış evlərinə və qəsəbənin infrastrukturuna geniş ziyan vurub. Partlayışlar nəticəsində baş verən yanğınlar isə bölgənin səmasını qatı tüstü ilə bürüyüb.