"Qayıdış Haqqı" yürüşlərində 131 şəhid
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314818-qayıdış_haqqı_yürüşlərində_131_şəhid
Fələstinin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, 30 mart 2018-ci il tarixindən etibarən keçirilən "Qayıdış Haqqı" yürüşlərində indiyə kimi 131 fələstinlinin şəhid olduğu və 14811 nəfərin də yaralandığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2018 14:31 Asia/Baku

Fələstinin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, 30 mart 2018-ci il tarixindən etibarən keçirilən "Qayıdış Haqqı" yürüşlərində indiyə kimi 131 fələstinlinin şəhid olduğu və 14811 nəfərin də yaralandığını bildirib.

İRNA-nın məlumatına görə, Fələstinin Səhiyyə Nazirliyi bu gün bildirib: "Qayıdış Haqqı" yürüşlərində şəhid olan 131 fələstinlidən biri qadın, 15-i isə yaşı 18-dən az olan yeniyetmədir. 

Bu bəyanatda həmçinin bildirilir: Yaralılar arasında 525 uşaq və 1115 qadın var. Yaralılardan 366-sının vəziyyəti ağırdır. 

Fələstinin Səhiyyə Nazirliyi yaralılar arasında 54 nəfərinin bədən üzvlərindən biri və ya bir neçəsini itirdiyini elan edərək, 47 nəfərin ayağını, 7 nəfərin isə qolunu itirdiyini bildirib. 

Fələstinlilərin "Qayıdış Haqqı" yürüşlərinin tamamilə sivil və dinc xarakter daşımasına baxmayaraq, İsrail hərbçiləri yürüş iştirakçılarına doğru atəş açaraq, onlara bilərəkdən və öldürmək məqsədi ilə xəsarət yetirirlər.