İsrail hərbçilərinin təqribən yarısı narkotik maddələrdən istifadə edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i314826-İsrail_hərbçilərinin_təqribən_yarısı_narkotik_maddələrdən_istifadə_edir
İsraildə çıxan bir qəzet sionist rejim ordusunda narkotik maddələrdən istifadə edənlərin sayının xeyli artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2018 15:35 Asia/Baku
  • İsrail hərbçilərinin təqribən yarısı narkotik maddələrdən istifadə edir

İsraildə çıxan bir qəzet sionist rejim ordusunda narkotik maddələrdən istifadə edənlərin sayının xeyli artmasından xəbər verib.

Yadiot Aharonot qəzeti İsrailini Narkotik Maddələrlə Mübarizə Təşkilatının araşdırmalarına istinadla bildirib: İsrail hərbçilərinin 54%-dən çoxu narkotik maddələrdən istifadə edir. Hərbçilər narkotik maddələrdən istifadə etmələrini reallıqlardan uzaqda qalmaq istəyi ilə əsaslandırırlar. 

Qəzetin yazdığına görə, İsrail hərbçiləri arasında ən geniş yayılmış narkotik maddə həşişdir. Bu narkotik vasitədən istifadə o qədər geniş hal alıb ki, ondan istifadəni önləmək qeyri-mümkündür. 

Bundan öncə də Yadiot Ahornot qəzeti İsrail ordusundan cinsi təcavüz hallarının artması faktına işarə etmişdi.