Həşduşşəbi: Amerikanın hava hücumları qarşısında susmayacağıq
-
Həşduşşəbi: Amerikanın hava hücumları qarşısında susmayacağıq
İraqda Həşduşşəbi qüvvələrinin baş komandanı Camal Cəfər İbrahimi bildirib ki, bu qüvvələr bu qrupun üzvlərindən 22 nəfərin ölümü ilə nəticələnmiş Amerikanın hava hücumları qarşısında susmayacaqlar.
Bir ABŞ qırıcısı iyunun 17-də Suriya ilə sərhəd xəttində Həşduşşəbi qüvvələrinin qərargahını hədəfə aldı. Nəticədə 22 nəfər öldü, 12 nəfər də yaralandı.
Həşduşşəbi qüvvələrinin baş komandanı Əbu Mehdi Əlmuhəndis dünən bildirib ki, iyunun 17-də Suriya ilə sərhəd xəttində bu qüvvələrə qarşı hücum barədəki təhqiqatların nəticəsi göstərir ki, amerikalı qüvvələr bu hücumu törədiblər.
Digər bir xəbərə görə, İraqın Ələnbar vilayətindəki bir təhlükəsizlik mənbəyi bildirib ki, amerikalı qüvvələr Suriya ilə sərhəd zolağının yaxınlığında yerləşən Əlrətbə və Əlqaim rayonunun səhra məntəqələrində, eləcə də Ələnbar vilayətinin digər qərb məntəqələrində yerləşiblər.
O, əlavə edib: Amerikalı qüvvələrin həmin məntəqələrdə yerləşmələri əməliyyatı, hərbi vertolyotların uçuşları ilə müşayiət olunur.
ABŞ qüvvələrinin İraq-Suriya sərhədi yaxınlığında yerləşdirilmələrində məqsəd, iraqlı qüvvələrin bu məntəqəki iştiraklarını zəiflətməyə, terrorçulara qarşı mühasirənin sındırılmasına və İŞİD-in bərpasına səydir.