Həftər Liviyanın Derna şəhərinin ələ keçirilməsindən xəbər verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315749-həftər_liviyanın_derna_şəhərinin_ələ_keçirilməsindən_xəbər_verib
Liviya milli ordusu adlı qüvvələrin komandanı Liviyanın şərqində yerləşən və bu qüvvələrin nəzarətindən kənarda qalmış yeganə şəhər olan Derna şəhərinin ələ keçirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2018 06:51 Asia/Baku
  • Həftər Liviyanın Derna şəhərinin ələ keçirilməsindən xəbər verib
    Həftər Liviyanın Derna şəhərinin ələ keçirilməsindən xəbər verib

Liviya milli ordusu adlı qüvvələrin komandanı Liviyanın şərqində yerləşən və bu qüvvələrin nəzarətindən kənarda qalmış yeganə şəhər olan Derna şəhərinin ələ keçirilməsindən xəbər verib.

General Xəlifə Həftər televiziyada etdiyi çıxışında, sonra, Liviyanın paytaxtı Tripolidən min kilometr şərqdə yerləşən Derna şəhərinin sakinlərinə təhlükəsizlik və sülhün yenidən bərqərar olunması barədə vəd verib.

Derna bundan öncə Əlqaidə-nin tabeliyində olan "Derna Mücahidlər Şurası" adlı qüvvələrin nəzarəti altında idi.

Xəlifə Həftər mayın 7-də Derna sahil şəhərinin azad edilməsi üzrə hücuma başladı.

General Həftər Liviyanın şərqində yerləşən kölgə hökumətini himayə edir və milli birlik dövlətinin hakimiyyətinə qarşı çıxır. Dünya ictimaiyyəti isə Tripolidə yerləşən milli birlik dövlətini rəsmiyyətlə tanıyır.

General Həftərin müxalifləri onu öz rəqiblərini yatırmağa səy göstərməkdə və Liviyada hərbi diktatura yaratmaqda ittiham edirlər.