İyul 12, 2018 15:00 Asia/Baku
  • BAT: BƏƏ-nin Yəməndə gizli həbsxanalardakı davranışı müharibə cinayətidir

Beynəlxalq Amnistiya Təşkilatı bildirib: Birləşmiş Ərəb Əmirliklərinə bağlı muzdluların Yəməndə gizli həbsxanalarda məhbuslarla davranışı müharibə cinayətidir.

Əlcəzirə televiziyasının məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı yeni hesabatında Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə gizli həbsxanalarda insan haqlarının pozulmasına toxunub və bildirib: Bu hərəkətlər müharibə cinayətidir və bu haqda dərhal araşdırma başlanmalıdır.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatında bildirilib: Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi qüvvələr Yəməndə gizli həbsxanalarda işgəncə siyasətini davam etdirirlər.

Associated Press İnformasiya Agentliyi də bundan bir müddət öncə bir məlumatda ifşa etdi ki, Yəməndə 18 gizli həbsxana vardır. Birləşmiş Ərəb Əmirlikləri və müttəfiqləri həmin həbsxanaları idarə edirlər və 12 mindən çox yəmənli məhbs bu həbsxanalarda ağır şəkildə işgəncə olunurlar.

Birləşmiş Ərəb Əmirlikləri Ali-Səud rejiminin Yəmən xalqı əleyhinə müharibədə başçılıq etdiyi hərbi koalisiyanın üzvlərindən biridir.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə hərbi hücumu ötən üç ildə minlərlə nəfərin həlak olması və yaralanması ilə nəticələnib.

Teqlər