Liviyada anti-hökumət aksiyaları keçirilib
-
Liviyada anti-hökumət aksiyaları keçirilib
Liviya xalqı müxtəlif şəhərlərdə dinc aksiyalar keçirərək, özünün məişət durumuna və dövlət xidmətləri çatışmazlığına etiraz edibdir.
Liviyanın müxtəlif şəhərlərinin sakinləri dünənki aksiyalarda məişət durumunun yaxşılaşdırılması, həmçinin dövlət xidmətlərinin göstərilməsini istəyiblər. Onlar bu ölkənin rəyasət şurasını tənqid edən şüarlar veriblər.
Liviyalı aksiyaçılar seçkiləri bu ölkədə böhranların həll yolu adlandırıblar. Onlar seçkilərin cari milad ilinin sonunadək keçirilməsini istəyiblər.
Liviya xalqı həmçinin "beynəlxalq oğrular" adlandırdığı kəslərdən ictimai əmlakın geri alınması üçün güclü ordu və polisin yaradılmasını istəyibdir.
Aksiyaçılar vurğulayıblar ki, öz hədəflərinə çatana və dövlət xidmətlərinin yaxşılaşmasınadək hər cümə dinc aksiyalar keçirəcəklər.