İyul 29, 2018 11:47 Asia/Baku
  • Suriyanın cənubunda 8 kənd və qəsəbə terrorçulardan təmizləndi
    Suriyanın cənubunda 8 kənd və qəsəbə terrorçulardan təmizləndi

Suriya ordusu Yərmuk məntəqəsində daha 8 kənd və qəsəbəni terrorçulardan təmizləyərək, Dəra şəhərinin terrorçuların işğalından azad olunmasına bir az da yaxınlaşıb.

Suriya İnsan Haqları Gözətçisi Təşkilatı şənbə günü bildirib: Suriya ordusu və müqavimət qüvvələri Dəra vilayətinin təqribən 90%-nə nəzarəti təmin edib.

Suriyanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, ordu qüvvələri Dəranın şimal-qərb hissəsində həyata keçirdikləri geniş əməliyyatlar zamanı Yərmuk məntəqəsində 8 kənd və qəsəbəni azad ediblər. Bu əməliyyatlar zamanı bir qrup terrorçu da öldürülüb.

Suriya ordusu həmçinin, terrorçulara məxsus külli miqdarda silah və hərbi sursat da ələ keçiriblər. Hazırda azad edilmiş ərazilərin minalardan təmizlənməsi əməliyyatına başlanılıb.

Rusiyanın Müdafiə Nazirliyi də şənbə günü Suriyanın Həmimim hərbi hava bazasının yaxınlığında terrorçulara məxsus bir pilotsuz uçan aparatın vurulmasından xəbər verib.

Teqlər