Suriya, Ali-Səudunbu ölkəyə təcavüz edənlərə dəstəyini pisləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320192-suriya_ali_səudunbu_ölkəyə_təcavüz_edənlərə_dəstəyini_pisləyib
Suriyanın XİN və miqrasiya nazirliyi bir bəyanatda Ali-Səudun Suriyanın infrastrukturunu dağıtmış terrorçulara dəstək verməsini qəbulolunmaz adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2018 16:59 Asia/Baku
  • Suriya, Ali-Səudunbu ölkəyə təcavüz edənlərə dəstəyini pisləyib
    Suriya, Ali-Səudunbu ölkəyə təcavüz edənlərə dəstəyini pisləyib

Suriyanın XİN və miqrasiya nazirliyi bir bəyanatda Ali-Səudun Suriyanın infrastrukturunu dağıtmış terrorçulara dəstək verməsini qəbulolunmaz adlandırıb.

Səudiyyə Ərəbistanı son günlər ABŞ-ın başçılıq etdiyi Suriyaya qarşı "beynəlxalq anti-İŞİD koalissiyası"-na 100 milyon maliyyə yardımı verib.Halbuki həmin koalissiyanın Suriyanın müxtəlif bölgələrinə hücumlarında indiyədək minlərlə mülki ölüb və yaralanıb. 

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Suriya XİN və Miqrasiya Nazirliyi Ali-Səudun siyasətlərini pisləyərək sözü gedən koalissiyaya maliyyə yardımların dayandırılmasına çağırıb. 

Bəyanatda həmçinin sözü gedən koalissiyanın sadəcə terrorçuların mənafeyini nəzərə aldığı və regionda sülh və təhlükəsizliyə qarşı təhdid olduğu bildirilərək üzv ölkələrin bu koalissiyadan çıxmaları istənilib. 

Səudiyyə Ərəbistanı Suriyada böhran başlandığı gündən Suriya hökumətinin əleyhinə terrorçuları himayə edib.