Avq 23, 2018 19:38 Asia/Baku
  • Fars körfəzi ölkələri sionist rejim ilə gizli əlaqələrə malikdirlər
    Fars körfəzi ölkələri sionist rejim ilə gizli əlaqələrə malikdirlər

Beynəlxalq dəyişikliklər üzrə elmi mərkəz özünün son hesabatında Fars körfəzi ölkələrinin İsrail ilə gizli əlaqələrini ifşa edib.

İRNA-nın verdiyi məlumata görə, Livanın Əl-Əhd portalı bildirib ki, Toni Bleyerin beynəlxalq dəyişikliklər üzrə elmi mərkəzi son vaxtlar elan edib ki, sionist rejim ilə Fars körfəzinin ərəb ölkələri arasında ticarət mübadilələrinin dəyəri bir milyard dolları ötüb keçibdir. 

Həmin mərkəzin 2016-ci il üçün analizlərinin nəticələri göstərir ki, sionist rejimin Fars körfəzinin ərəb ölkələrinə ixrac mallarının dəyəri bu rejimin Rusiya və Yaponiyaya ixrac etdiyi malların dəyərindən daha çoxdur. 

Rəsmi əlaqələrin bərqərar olunacağı təqdirdə sionist rejimin Fars körfəzinin ərəb ölkələrinə ixracatının neçə qat artacağı proqnozlaşdırılır. 

Hesabatlara görə hal-hazırda sionist rejim ilə fars körfəzi ölkələri arasında bir başa ticarət əlaqələri yoxdur ancaq sionist rejim malları İordaniyaya oradan isə Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına ötürülür. 

Sionist rejim işğal olunmuş ərazidən İordaniya və oradan Fars körfəzinin ərəb ölkələrinə dəmir yolu çəkməyi planlaşdırır. 

Sionist rejim başçıları son vaxtlar Səudiyyə ərəbistanı başçılarından istəmişdilər ki, işğal olunmuş ərazilərə uçan təyyarələrin bu ölkənin səmasından keçməsinə icazə versinlər. 

Hacıların səfəri üçün şğal olunmuş ərazilərdən Səudiyyə Ərəbistanına bir başa hava reysləri sionist rejimin digər tələblərindən biridir. 

Teqlər