Qayıdış haqqı aksiyasında yaralananların sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323121-qayıdış_haqqı_aksiyasında_yaralananların_sayı_artıb
Fələstin Səhiyyə Nazirliyi Qəzzədə qayıdış haqqı aksiyasında yaralananların sayının artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2018 12:12 Asia/Baku
  • Qayıdış haqqı aksiyasında yaralananların sayı artıb
    Qayıdış haqqı aksiyasında yaralananların sayı artıb

Fələstin Səhiyyə Nazirliyi Qəzzədə qayıdış haqqı aksiyasında yaralananların sayının artmasından xəbər verib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bu gün bir bəyanatda bildirib: Dünən Qəzzə zolağının təmas xəttində qayıdış haqqı aksiyasında yaralananların sayı 95 nəfərə çatıb. 

Öncə Qəzzədəki son aksiyada yaralananların sayının 26 nəfər olduğu deyilmişdi. 

30 martda qayıdış haqqı aksiyasının başlanmasından bu günədək 19 min fələstinli yaralanıb. 

Digər tərəfdən 136 sionist qəsəbə sakini sionist rejim hərbçilərinin dəstəyi ilə Məscidül-Əqsaya hücum edərək anti-islam şüarlar səsləndiriblər. 

Eyni zamanda sionist rejim hərbçiləri Məscidül-Əqsanın müdirinə və məscidin vəqflər idarəsinin işçilərinə hücum ediblər.