Əl-Cəfəri: Netanyahunun söylədikləri yalandır
Sen 29, 2018 09:02 Asia/Baku
İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri dünən gecə BMT baş asambleyasının 73-cü sesiyasında etdiyi çıxışında sionist rejimin baş nazirinin əsassız iddialarını rədd edərək deyib: Netanyahunun İran qüvvələrinin İraqdakı fəaliyyəti barədə söylədikləri ağ yalandır.
İRNA-nın verdiyi məlumata görə, İbrahim Əl-Cəfəri həmçinin Fələstin məsələsinə toxunaraq deyib: İraq özünün Fələstin məsələsi barədə dəyişməz mövqeyini vurğulayır və belə qənaətdədir ki, sülh sadəcə sionist rejim qüvvələrinin bütün işğal etdiyi ərazilərdən çıxması ilə mümkün olacaqdır.
İraqın xarici işlər naziri ölkəsinin ABŞ-ın öz səfirliyini Beytül-Müqəddəsə köçürməsinə və bu şəhəri sionist rejimin paytaxtı elan etməsinə qarşı olduğunu bir daha elan edib.