B. Salih İraqda əhatəli milli hökumətin yaradılmasını istəyib
-
B. Salih İraqda əhatəli milli hökumətin yaradılmasını istəyib
İraq prezidenti bu ölkə xalqına daha artıq xidmət göstərmək üçün əhatəli milli hökumətin yaradılmasını istəyib.
İraq prezidenti Bərhəm Salih bu ölkənin Ali İslami Məclisinin təsis edilməsinin ildönümü mərasimində İraqın baş naziri Adil Əbdulməhdidən istəyibdir ki, hər cür paylaşmadan uzaq bir hökumət təşkil edərək, xalqın tələblərini yerinə yetirsin.
İraq parlamentinin sədri Muhəmməd Əlhəlbusi də Bərhəm Salihin istəyi ilə eyni istiqamətdə, ölkə problemlərindən çıxmaq üçün İraq parlamenti üzvlərinin təsdiqinə çatacaq qanunların qəbul edilməsini istəyib.
İraq prezidenti Bərhəm Salih oktyabrın 2-də rəsmən Adil Əbdulməhdiyə bu ölkənin yeni nazirlər kabinetini təşkil etməyi həvalə edib.
Yeni baş nazir bir ay ərzində nazirlər kabinetinin üzvlərini məclisə təqdim etməlidir.