Səud şahzadəsi Ərəbistan kralının istefa verməsini istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325817-səud_şahzadəsi_Ərəbistan_kralının_istefa_verməsini_istədi
Ali-Səud rejimi ilə müxalif olan şahzadələrdən biri Ərəbistan kralı Salman bin Əbdüləzizin iqtidardan getməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2018 15:35 Asia/Baku
  • Səud şahzadəsi Ərəbistan kralının istefa verməsini istədi
    Səud şahzadəsi Ərəbistan kralının istefa verməsini istədi

Ali-Səud rejimi ilə müxalif olan şahzadələrdən biri Ərəbistan kralı Salman bin Əbdüləzizin iqtidardan getməsini istəyib.

Əl-Qüds Əl-Ərəbi-nin verdiyi məlumata görə, Ali-Səud rejimi ilə müxalif olan şahzadə Xalid bin Fərhan Ali-Səud kral ailəsinin Ərəbistan xalqı arasında heç bir legitimliyə malik olmadığını deyərək, Ərəbistan kralından hakimiyyəti bir başqa şəxsə verərək, iqtidardan gemtəsini istəyib.

Bundan öncə də Ali-Səud rejimi ilə müxalif olan bir qrup Londonda bir video-yazı yayımlayaraq, Ərəbistan kralının qardaşı şahzadə Əhməd bin Əbdüləzizə xitabən, Ali-Səud hökumətinin devrilməsinə dair şüarlar veriblər.

Əhməd bin Əbdüləziz Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsinin aradınca, bu ölkəni tərk etmək qərarına gələrək, könüllü sürgünə gedib.