Okt 29, 2018 11:08 Asia/Baku
  • Dəməşq Milli Muzeyi 7 ildən sonra yenidən açılıb
    Dəməşq Milli Muzeyi 7 ildən sonra yenidən açılıb

Dəməşqdə yerləşən Suriya Milli Muzeyi 7 illik fasilədən sonra, yenidən açılıb.

İRİB-nin verdiyi məlumata görə, Suriyada başlanan müharibənin ardınca eksponatların təhlükəsizliyinin təmin edilməsi üçün bağlanan Dəməşq Milli Muzeyinin qapıları 7 ildən sonra yenidən açılıb və muzeydəki dəyərli eksponatlar yenidən nümayiş etdirilməyə başlayıb. 

Dəməşq Milli Muzeyinin rəis müavini Əhməd Dib muzeydə min illər boyunca Suriyada mövcud olmuş sivilizasiyalara aid olan müxtəlif qiymətli eksponatların saxlanıldığına işarə edərək, deyib: Tarixən öncəki dövrə aid eksponatlardan tutmuş, qədim dövrlərə, uzaq keçmişə, İslam dövrünə aid eksponatlar muzeydə nümayiş etdiriləcək. 

Bir başqa məlumata görə, Suriya ordusu Həmanın şimalında Murək və Lətmanə şəhərlərinin ətraf məntəqələrində İŞİD terrorçularının mövqelərinə raket zərbələri endirib. 

Suriya ordusunun aviasiya qüvvələri də Suveyda səhrasında terrorçuların mövqelərini bombardman ediblər. 

Teqlər