Okt 30, 2018 17:20 Asia/Baku
  • Cövlan yüksəkliyində İsrail əleyhinə aksiya keçirilib
    Cövlan yüksəkliyində İsrail əleyhinə aksiya keçirilib

Suriyanın İsrail rejimi tərəfindən işğal edilmiş Cövlan yüksəkliklərində işğalçı rejim tərəfindən bələdiyyə seçkilərinin keçirilməsinə etiraz olaraq geniş aksiya keçirilib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, bu etiraz aksiyası işğal edilmiş Cövlan yüksəkliyində yerləşən Məcdəl Şəms qəsəbəsində keçirilib. Etiraz aksiyasında tanınmış ictimai və din xadimləri də iştirak ediblər. 

Etiraz aksiyasında iştirak edən din xadimləri Suriya ərazisi olan Cövlan yüksəkliyində İsrail tərəfindən belə bir seçkilərin keçirilməsinə qarşı olduqlarını bildiriblər. 

İşğal altında olan Cövlan yüksəkliklərindəki kəndlərin ali dini şurası da bu seçkiləri boykot və seçkilərdə iştirakı haram elan ediblər. 

Bundan öncə də işğal edilmiş Cövlan yüksəkliklərinin sakinləri bu məntəqədə işğalçı rejim tərəfindən seçkilərin keçirilməsinə etiraz olaraq Suriya bayrağını dalğalandırmış və seçki bülletenlərini yandırmışdılar. 

İsrail rejimi 1967-ci ildə Suriya ərazisi olan Cövlan yüksəkliklərini işğal edib. Cövlan yüksəklikləri Suriyanın cənub-qərbində yerləşir və Qüneytərə vilayətinin bir hissəsidir. 

Suriya ordusu iyun ayının əvvəllərində Qüneytərə məntəqəsinə nəzarəti yenidən təmin edib. 

Teqlər