Noy 21, 2018 20:07 Asia/Baku
  • ABŞ Suriyanın Hecin şəhərinə hücumda fosforlu bombadan istifadə edib
    ABŞ Suriyanın Hecin şəhərinə hücumda fosforlu bombadan istifadə edib

Amerikanın başçılıq etdiyi "İŞİD-ə qarşı koalisiya" Suriyanın şərqində Hecin şəhərini qadağan edilmiş fosforlu bombalarla hədəfə alıblar.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, koalisiya qüvvələrinin Hecin şəhərinə hücumunda bir neçə mülki həlak olub. 

Bu hücum elə bir şəraitdədir ki, koalisiya qüvvələri öncə də Suriya xalqının başına dəfələrlə fosforlu bombalar yağdırmışdılar. 

Suriya Xarici İşlər Nazirliyi BMT baş katibi və BMT TŞ-nin dövrü sədrinə ayrı-ayrılıqda məktublar ünvanlayaraq bildirib ki, Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriya xalqına qarşı qadağan edilmiş silahlardan istifadə etməsi beynəlxalq qanunlara aşkar şəkildə ziddir və hərbi cinayət hesab olunur. 

Teqlər