Suriya terrorçuların Hələbə qarşı kimyəvi hücumuna reaksiya verib
Suriyanın xarici işlər nazirliyi BMT-nin baş katibinə və bu təşkilatın təhlükəsizlik şurasının sədrinə ayrı-ayrı məktublar göndərərək, terror qruplarının Hələb şəhərinin bəzi məhəllələrinə qarşı kimyəvi hücumlarını pisləyib.
Suriya xarici işlər nazirliyinin məktubunda deyilir: Suriya dövlətini kimyəvi hücumlarda ittiham etmək bu ölkələrdən bəzilərinin casusluq orqanlarının qaranlıq otaqlarında hazırlanan ssenarilərdir.
Suriyanın xarici işlər nazirliyi həmçinin bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında məsuliyyət daşıyır. O, terrorizmə dəstək verən orqanlar və ölkələrin cəzalandırılmaları və önləyici tədbirlərin görülməsini istəyib.
Rusiya müdafiə nazirliyinin sözçüsü İqor Konaşenkov da deyib: İlkin məlumatlara görə, xlora malik mərmilər 120 millimetrlik minomyotlardan və Cibhətunnusrə terror qrupunun nəzarətində olan məntəqədən atılıbdır.