İsmail Həniyə: Beynəlxalq vicdan Amerikanın Fələstinə qarşı layihəsini zərəsizləşdirdi
Fələstin İslami Müqavimət Hərəkatı-Həmas-ın siyasi bürosunun sədri deyib ki, beynəlxalq vicdan Amerikanın Fələstinə qarşı layihəsini zərəsizləşdirdi.
Fələstin İslami Müqavimət Hərəkatı-Həmas-ın siyasi bürosunun sədri İsmail Həniyə bu gün vurğulayıb: BMT Baş Assambleyasının iclasında əksər ölkələr Fələstin xalqının işğalçılıq qarşısında müqavimət və ondan xilas olmaq üzrə haqqını müdafiə etdilər və ilk dəfə olaraq, Fələstinin qanuni müqavimətini pisləmək üzrə qətnaməni qəbul etdirməyə çalışan Amerikanın qarşısında dayandılar.
Həniyə deyib: Amerikanın Həmas əleyhinə qətnamə layihəsinə qarşı səs bütün fələstinlilər, həmçinin dost və bu xalqın dəyərlərini dəstəkləyən ölkələr üçün son dərəcə mühüm idi.
Həmas-ın siyasi bürosunun sədri Fələstin muxtariyyətinin, eləcə də Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsurun səylərini yüksək qiymətləndirərək, deyib: Bu sahədə əldə olunan nəticə göstərdi ki, milli ciddi-cəhd mövcud problemlərlə qarşılaşmaq üçün Fələstin xalqı arasında vəhdət yartmağa qadirdir.