Yəmən Ənsarullahı: Koalissiya qüvvələrinin hərbi cinayəti barədə araşdırma bəndinin çıxarılması pislənilir
Yəmən Ənsarullahının sözçüsü Birləşmiş Millətlər Təşkilatının 2451 saylı qətnaməsində Səudiyyə koalissiyasının hərbi cinayətlərinin amilləri barədə axtarış və araşdırmaların aparılması barədə bəndin çıxarılmasını pisləyib.
BMT TŞ-nin 2451 saylı qətnaməsində Amerika Səudiyyə Ərəbistanına dəstək verməklə Yəməndə hərbi cinayət barədə araşdırmaların aparılması bəndini qətnamədən çıxartdı. Bu bənd qalsaydı Ali-Səud rejiminin başçılarını hərbi cinayət törətdiklərinə görə beynəlxalq məhəmələrə cəlb etmək mümkün olacaqdı.
Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam dünən gecə Əl-Məsirə telekanalına verdiyi müsahibədə BMT TŞ-nin 2451 saylı qətnaməsindən məmnunluq ifadə edərək deyib: Bu qətnamə təcavüzkarlığa son qoymaq istiqamətində olaraq, blokadaların ləğv edilməsi və siyasi həll yoluna zəmin yaradır.
Yəmən Ənsarullahının müzakirə heyətinin üzvü Əbdülməlik Əl-Fəcri də Amerikanın Səudiyyə koalissiyasına dəstəyi barədə deyib: Yəməndə hərbi cinayət barədə araşdırmanı tələb edən bəndin qətnamədən çıxarılması Vaşinqtonun Ali-Səud rejiminin hərbi cinayətində iştirakı deməkdir.
Əl-Fəcri Təhlükəsizlik Şurasının 2451 saylı qətnaməsinin Əl-Hədidə limanında atəşkəsin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.
BMT-nin baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin də iştirak etdiyi 4-cü yəmən sülh müzakirələri İsveç paytaxtı Stokholmda keçirildi və bu müzakirələrdə Əl-Hədidə limanında atəşkəsin bərqərar olunması razılaşdırıldı.