Həsəkədə yeni etiraz dalğası;
Colaninin yerinə yetirilməyən vədlərinə qarşı suriyalıların qəzəbi artır
Suriyanın Həsəkə şəhərində yanacağın qiymətinin artması və dərinləşən iqtisadi və social böhran fonunda başlayan etirazlar davam edir və ölkənin müxtəlif bölgələrinə yayılır.
Suriya mənbələri Həsəkə şəhərində etirazların davam etdiyini və yanacağın bahalaşması, ictimai xidmətlərin azalması və iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı narazılığın artdığını bildiriblər. Həsəkə şəhərində onlarla sakin “Sülh meydanı”nda toplaşaraq, pisləşən həyat şəraitinə və yanacaq qiymətlərinin artmasına etiraz ediblər. Etirazlarçılar təkərləri yandıraraq, şəhərin mərkəzindəki əsas yolları bağlayıblar. Son günlər etirazlar Həsəkə, Deyr əz-Zor və Rəqqədən Hələb, İdlib və Süveyda kimi digər bölgələrə də yayılıb. Etirazçılar həyat şəraitinin və ictimai xidmətlərin yaxşılaşdırılmasını, yanacaq və elektrik enerjisinə çıxışın təmin edilməsini, həmçinin əhali üçün ağır yükə çevrilən dərin böhranlara həll yolu tapılmasını tələb edirlər. Benzin, dizel yanacağı və məişət qazının qiymətinin artması yeni etiraz dalğasını alovlandıran qığılcım oldu. Lakin Suriya mənbələri vurğulayırlar ki, narazılıq yalnız yanacağın bahalaşması ilə məhdudlaşmır. Gəlirlərin azalması, ödənişlərin gecikdirilməsi, ictimai xidmətlərin azalması və Suriyanın müvəqqəti hökumətinin iqtisadi vədlərinin yerinə yetirilməməsi də etirazların əsas səbəbləri sırasındadır.Məlumata görə, Əbu Məhəmməd əl-Colaninin rəhbərlik etdiyi keçid hökumətinin hakimiyyətə gəlməsindən sonra baş verən son etirazlar ən genişmiqyaslı etiraz dalğalarından biri hesab olunur. Hadisələr hökumət rəsmilərinin iqtisadi vədləri ilə əhalinin real yaşayış şəraiti arasındakı fərqi gündəmə gətirib.