Dek 24, 2018 12:55 Asia/Baku
  • Livan Hizbullahının Mərkəzi Şurasının üzvü şeyx Nəbil Qavuq
    Livan Hizbullahının Mərkəzi Şurasının üzvü şeyx Nəbil Qavuq

Livan Hizbullahının Mərkəzi Şurasının üzvü şeyx Nəbil Qavuq: ABŞ hərbçilərinin Suriyadan çıxması Amerikan-Sionist-Səudiyyə mehvərinin məğlubiyyətinə dəlalət edir.

İRİB-nin verdiyi məlumata görə, şeyx Nəbil Qavuq bazar günü Beyrutda deyib: Regiondakı hadisələr Amerikan-Sionist-Səudiyyə mehvərini ciddi formada zəiflətdi və ABŞ hərbçilərinin Suriyadan qaçması bu mehvərin məğlubiyyətinin nişanəsidir. 

Şeyx Qavuq əlavə edib: Əgər ABŞ hərbçiləri məntəqəni tam olaraq tərk edərlərsə, heç şübhəsiz Yaxın Şərqdə vəziyyət çox yaxşı olacaq. 

Livan Hizbullahının Mərkəzi Şurasının üzvü əlavə edib: Livanda hökumətin təşkil edilməsi istiqamətində cərəyan edən son hadisələr Hizbullahın milli birlik hökumətinin təşkil edilməsində maksimum əməkdaşlığa hazır olmasından xəbər verir. 

Şeyx Qavuq daha sonra deyib: Parlamentin üçdə biri haqda Hizbullah və Milli Azad Cərəyan arasında heç bir problem yoxdur. Və məsələnin həlli üzrə fürsətlər var. Bu fürsətlər nazirlər kabinetini təşkil etməli olan baş nazirin ixtiyarındadır. 

Əl-Müstəqbəl cərəyanının rəhbəri Səəd Həriri Livanın başlıca sünni partiyası olaraq sünni nazirlər üçün nəzərdə tutulmuş 6 yerin hamısının başçılıq etdiyi cərəyan tərəfindən seçilməsini istəyir. Amma, onunla müxalif olan və 8 mart cərəyanı kimi tanınan sünnilər isə ən azı bir nazirliyin onların ixtiyarına verilməsini istəyirlər. 

Teqlər