Əl-Amiri: Amerikalı hərbçilər İraqdan çıxmalıdırlar
İraqın "əl-Fəth" koalisiyasının sədri amerikalı hərbçilərin bu ölkədən çıxmaları vacibliyini vurğulayıb.
İraqın "əl-Fəth" koalisiyasının sədri Hadi əl-Amiri bu gün bu ölkənin Səlahəddin vilayətində amerikalı hərbçilərin bu ölkədən çıxmaları vacibliyini vurğulayaraq, əlavə edib: Hər cür əcnəbi qüvvənin və ya hətta hərbi bazaların İraqda iştirakı qəbuledilməzdir.
Əl-Amiri bütün islami müqavimət qruplarının Amerika qarşısındakı mövqelərinə görə təşəkkür edərək, İran İslam Respublikasının terrorizm və İŞİD ilə mübarizədəki rolunu son dərəcə önəmli adlandırıb.
ABŞ prezidenti Donald Tramp çərşənbə günü gecə elan olunmamış bir səfərdə və qaranlıqda İraqın qərbində yerləşən "Əynuləsəd" hava bazasına daxil olub.
Trampın İraqa səfəri bu ölkənin və digər ölkələrin siyasi və dini şəxsiyyətlərinin geniş etirazları ilə üzləşibdir. Onlar bu məsələni Bağdadın hakimiyyətinin pozulması adlandırıblar.