Dek 30, 2018 19:09 Asia/Baku
  • Sionistlər iordaniyalı nazirin sionist rejim bayrağını tapdaq-tapdaq etməsindən hiddətləniblər
    Sionistlər iordaniyalı nazirin sionist rejim bayrağını tapdaq-tapdaq etməsindən hiddətləniblər

Bir iordaniyalı nazirin sionist rejim bayrağını tapdaq-tapdaq etməsi sionistləri hiddətləndiribdir.

Sionist rejim bayrağı Əmman şəhərinin həmkarlar ittifaqları kompleksi binasının girəcəyində yerə sərilibdir ki, binaya girən hər bir kəs onun üstündən keçmiş olsun.

İordaniya hökumətinin sözçüsü və bu ölkənin informasiya naziri Cəmanə Ğənimat Əmman şəhərinin həmkarlar ittifaqları kompleksi binasına girərkən sionist rejim bayrağını tapdaq-tapdaq edibdir.

Sionist rejim bu gün bu hərəkətə etiraz olaraq, İordaniyanın Təl-Əvivdəki səfirini izahat vermək üçün çağırtdırıb.

Sionist rejim İordaniya hökuməti ilə "Vadi Ərəbə" müahidəsi adlı saziş imzalayıbdır.

İordaniya xalqı bu ölkənin sionist rejimlə əlaqələrinə qarşıdır və özünün bir çox aksiyasında ölkəsinin bu rejimlə əlaqələrinin tam şəkildə kəsilməsini istəyibdir.

Teqlər