Suriya xalqı terror qruplarına qarşı aksiya keçirib
Suriyanın Hələb şəhərinin sakinləri terror qruplarına qarşı aksiya keçiriblər.
"Təhrirulşam", "Nurəddin Zəki" və "Azad milli cəbhə" adlı terror qruplarının üzvləri arasındakı döyüşlərin şiddətlənməsi ilə Hələb sakinləri terror qruplarının hərəkətlərini pisləmək istiqamətində aksiya keçiriblər.
Hələbdə yerləşən terror qrupları bir-birilərilə toqquşublar.
"Təhriulşam" terrorçularının çərşənbə axşamı günü Hələb vilayətinin qərbində "Nurəddin Zəki" terrorçuları ilə döyüşlərində iyirmi terrorçu ölüb, 35 nəfər də yaralanıbdır.
İŞİD-in İraqda və Suriyadakı son məğlubiyyətlərindən sonra bu qrupa üzv minlərlə terrorçu müxtəlif səbəblərə görə, digər məntəqələrə qaçmaq və ya öz ölkələrinə geri dönmək fikrindədir və bu qruplar arasında savaş daha çox çəkişmələrə doğru getməkdədir.