Vaşinqton Post: Ərəbistanın repressiya maşını maksimum sürətlə hərəkətini davam etdirir
Vaşinqton Post qəzeti səud vəliəhdinin Camal Qaşıqçının qətlinin Ərəbistan üçün olacaq nəticələrinə məhəl qoymamasına toxunaraq, yazıbdır ki, o, öz müxaliflərinə divan tutmağı davam etdirməkdədir.
Vaşinqton Post qəzeti "Ərəbistanın repressiya maşını maksimum sürətlə hərəkətini davam etdirir" başlıqlı məqalədə yazıb: Səud vəliəhdi Muhəmməd bin Salman nəinki öz həyasıcasına rəftarını dəyişməyibdir, həm də zahirdə müstəbid hökumətlik metodu ilə öz müxaliflərinə qarşı rəhmsizcəsinə kampaniyasını davam etdirməkdədir.
Bu amerikan qəzet sonra yazıb: Muhəmməd bin Salmanın özünün internet vasitəsi ilə qorxutma taktikalarını dəyişməməsinin nişanələrindən biri, bu həftə Kanada sakini olan səudiyyəli müxalif Ömər Əbduləzizə, eləcə də Qaşıqçıya hücum üçün sosial medialar səviyyəsində başlanmış hücum kampaniyası idi.
Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də bin Salmanın göstərişi ilə qətlə yetirildi, amma Amerika hökuməti indiyədək səud vəliəhdinə dəstək verərək, bununla bağlı susubdur.