ABŞ hərbçilərinin Suriyadan çıxmaları Pompeo-Çavuşoğlu danışıqlarının əsas mehvərini təşkil edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333007-abŞ_hərbçilərinin_suriyadan_çıxmaları_pompeo_Çavuşoğlu_danışıqlarının_əsas_mehvərini_təşkil_edib
ABŞ dövlət katibi dünən türkiyəli həmkarı ilə telefon əlaqəsi saxlayıb. Tərəflər Suriyanın şimalının son durumu və Trampın amerikalı qüvvələrin Suriyadan çıxmaları üzrə qərarı barədə danışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2019 08:26 Asia/Baku
  • ABŞ hərbçilərinin Suriyadan çıxmaları Pompeo-Çavuşoğlu danışıqlarının əsas mehvərini təşkil edib
    ABŞ hərbçilərinin Suriyadan çıxmaları Pompeo-Çavuşoğlu danışıqlarının əsas mehvərini təşkil edib

ABŞ dövlət katibi dünən türkiyəli həmkarı ilə telefon əlaqəsi saxlayıb. Tərəflər Suriyanın şimalının son durumu və Trampın amerikalı qüvvələrin Suriyadan çıxmaları üzrə qərarı barədə danışıblar.

Mayk Pompeo Mövldu Çavuşoğlu ilə telefon söhbətində bir daha Türkiyə-Suriya sərhədindəki təhlükəsizlik nigarançılıqlarına, eyni zamanda suriyalı kürd yarımhərbçilərin mühafizəsinə təkid edibdir.

ABŞ prezidenti Donald Tramp 2018-ci il dekabrın 19-da bildirdi ki, bu ölkənin qüvvələri otuz gün ərzində Suriyadan çıxacaqlar, amma mənfi reaksiyalardan sonra qeyd etdi ki, bu çıxış yavaş və 120 günlük olacaqdır.

Suriyadakı kürd yarımhərbçilərlə Türkiyə dövləti arasındakı ixtilaf bu qərarın təxirə düşməsi amillərindən biridir. Zira Türkiyə dəfələrlə suriyalı kürd qüvvələrin mövqelərinə hücum edib və belə bir nigarançılıq mövcuddur k, Amerikanın çıxışı ilə Türkiyənin Suriyanın kürdsakinli məntəqələrinə hücumları artmış olsun.