Suriyada İŞİD və Kürd yaraqlıları arasında döyüş; ölən və yaralananlar var
Yan 25, 2019 10:38 Asia/Baku
-
Suriyada İŞİD və Kürd yaraqlıları arasında döyüş; ölən və yaralananlar var
Cümə axşamı Suriyanın şərqində İŞİD terrorçuları və Kürd yaraqlıları arasında gedən toqquşmalarda hər iki tərəf insan tələfatına məruz qalıb.
Fransa xəbər agentliyinin bildirdiyinə görə, cümə axşamı İraq və Suriya sərhədlərində yerləşən Bağuz kəndi yaxınlığında ABŞ-ın himayəsində olan Kürd yaraqlıları ilə İŞİD terrorçuları arasında qanlı toqquşma baş verib. Bu toqquşmalarda 16 kürd yaraqlısı və 34 İŞİD-çi öldürülüb.
Toqquşmaların ardınca Kürd yaraqlıları İraqa qaçmaq istəyən 21 İŞİD-çini diri olaraq ələ keçiriblər.
ABŞ-ın himayəsi altında olan kürd yaraqlıları çərşənbə günü İŞİD-in işğalında olan Bağuz kəndini də ələ keçiriblər. Hazırda İŞİD-çilər sadəcə ətrafda yerləşən bir neçə kənddə sığınacağa malikdirlər.