Avropa Birliyi suriyalı rəsmilərə qarşı sanksiya tətbiq edib
Avropa Şurası yeddi suriyalı naziri öz sanksiyalar siyahısına daxil edib.
Daxili işlər, maarif, ali təhsil, əmək və mənzil, rabitə və texnologiya, turizm və sənaye nazirləri dünən gecə Avropa Birliyinin sanksiya siyahısına daxil edilmiş nazirlərdirlər.
Bu yeddi nəfərin əlavə olunması ilə 2011-ci ilin əvvəlindən Avropanın sanksiyalarına məruz qalan suriyalı şəxslərin sayı 277 nəfərə çatıbdır.
Avropa Şurası bu şəxslərin maliyyələrini dondurub və onların səfərlərini qadağan edibdir.
Avropa Birliyinin bəyanatına əsasən, bu birlik indiyədək Suriyanın neft ixracatını sanksiya etməkdən əlavə, həmin ölkə ilə ticarəti və bu ölkəyə sərmayə yatırımını məhdudlaşdırıb. Bundan əlavə, Suriya mərkəzi bankının Avropa Birliyindəki maliyyəsini dondurubdur.
Suriyanın hökuməti və xalqının terrorizmlə mübarizəyə görə, illər boyu təzyiq altında olmalarına rəğmən, bu ölkədəki terror qruplarının ən əsas himayədarları olan Qərb ölkələri Suriya hökumətini insan haqlarını pozmaqda ittiham və bu bəhanə ilə bu ölkənin rəsmilərinə qarşı sanksiyalar tətbiq ediblər.