Mart 30, 2019 19:34 Asia/Baku
  • "Yer günü" aksiyasında üç şəhid, yüzdən çox yaralı

Bu gün fələstinlilərin "Yer günü" və "Qayıdış haqqı" aksiyasının ildönümü günündəki yürüşündə indiyədək üç fələstinli şəhid olub, yüzdən çox fələstinli də yaralanıbdır.

Sionist hərbçilərin "Yer günü"ndə Qəzzə zolağında yaşayan Fələstin xalqına qarşı hücumu indiyədək 111 nəfərin yaralanması ilə nəticələnibdir ki, onlardan təqribən otuz nəfər güllənin birbaşa dəyməsi nəticəsində yaralanıbdır.

Əl-Əqsa telekanalının bir müxbiri də Qəzzə zolağının mərkəzində yerləşən Əlbric mətəqəsinin şərqində sionist hərbçilərin atəşi ilə yaralanıb.

Əlməyadin telekanalı da bildiribdir ki, sionist rejim hərbçiləri Qəzzə zolağının şərqində Fələstin Qırmızı Aypara Cəmiyyətinin bir ədəd təcili yardım maşınını hədəfə alıblar.

Sionist hərbçilər Qəzzə zolağının şərq və cənub məntəqələrində "Qayıdış haqqı" aksiyasını yatırmaq üçün hərbi güllələrdən və partlayıcı maddələrdən istifadə edirlər.

Teqlər