Apr 25, 2019 20:32 Asia/Baku
  • Livanın alimlər cəmiyyətinin yaradılmasının ildönümü günündə İrana dəstək nümayiş etdirilib

Livanın Müsəlman Alimlər Cəmiyyətinin yaradılmasının 38-ci ildönümü günü münasibəti ilə keçirilən mərasimdə ABŞ-ın İrana və islam inqilabının keşikçiləri korpusu Sepaha qarşı düşmən hərəkətləri kəskin şəkildə pislənilib.

İRİB-in verdiyi məlumata görə, bu mərasimdə Livan alimləri sionist rejimin məkirli planlarına qarşı müsəlman toplumun vəhdətini vurğulayaraq bildiriblər ki, müsəlmanların vəhdəti və müqaviməti Qüdsün işğaldan azad edilməsinin yeganə yoludur ona görə ki, sionist rejimin müsəlman torpaqlara tamahının sonu yoxdur.

Livanın Müsəlman Alimlər Cəmiyyətnin rəyasət heyətinin sədri Şeyx Əhməd Əzzin də keçirilən mərasimdə etdiyi çıxışında Amerikanın öz səfirliyini işğal olunmuş Qüdsə köçürməsi və Suriyanın işğal olunmuş Cövlan ərazilərini sionist rejimin əraziləri kimi tanımasına toxunaraq deyib: Amerika və sionist rejim Qüdsə təcavüz etdilər və Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə əsrin sazişini icra etmək niyyətindədirlər ancaq regionun ayıq xalqları buna imkan verməyəcəklər.

Teqlər