Mübarək Ramazan ayının ilk cümə namazında 180 min fələstinli iştirak etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340217-mübarək_ramazan_ayının_ilk_cümə_namazında_180_min_fələstinli_iştirak_etdi
Sionistlərin işğal edilmiş Qüds şəhərindəki güclü təhlükəsizlik tədbirləri fələstinlilərin mübarək Ramazan ayının ilk cüməsində Əl-Əqsa məscidində namaz qılmasına mane ola bilmədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2019 09:23 Asia/Baku
  • Mübarək Ramazan ayının ilk cümə namazında 180 min fələstinli iştirak etdi
    Mübarək Ramazan ayının ilk cümə namazında 180 min fələstinli iştirak etdi

Sionistlərin işğal edilmiş Qüds şəhərindəki güclü təhlükəsizlik tədbirləri fələstinlilərin mübarək Ramazan ayının ilk cüməsində Əl-Əqsa məscidində namaz qılmasına mane ola bilmədi.

Əl-Aləm kanalının bildirdiyinə görə, İsrailin təhlükəsizlik qüvvələri mübarək Ramazan ayının ilk cüməsində fələstinlilərin Əl-Əqsa məscidində namaz qılmasına mane olmaq üçün güclü təhlükəsizlik tədbirləri həyata keçirərək, Qüdsün qədim hissəsinə gedən yollarda nəzarəti gücləndiriblər. 

İsrail rəsmiləri hər il olduğu kimi bu ildə də mübarək Ramazan ayında Qüdsü qapalı hərbi zonaya çeviriblər. Qüdsün qədim hissəsinə, Əl-Əqsa məscidinə doğru gedən bütün yollarda habelə, şəhərin mərkəzi küçələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyd olunan ərazidə əlavə ordu və təhlükəsizlik qüvvələrinin  yerləşdirilməsi ilə fələstinlilərin Əl-Əqsa məscidinə girişinə mane olmağa çalışıblar. 

Bütün bu tədbirlərə baxmayaraq, rəsmi rəqəmlərə görə, mübarək Ramazan ayının ilk cümə namazında 180 min fələstinli iştirak edib. 

İsrail hərbçiləri yaşı 40-dan az olan fələstinlilərin əl-Əqsa məscidinə daxil olmasına icazə verməyiblər. 

Vəqflər İdarəsinin rəhbər üzvlərindən olan Fəras Əd-Dis bu barədə deyir: İşğalçılar bilirlər ki, Əl-Əqsa məscidi müsəlmanlara məxsusdur və nə qədər çalışsalar da, bu reallığı dəyişə bilməyəcəklər. Cümə günü namazda bu qədər insanın iştirak etməsi buna bir faktdır.