İslamabadda fövqəladə vəziyyət
-
fövqəladə vəziyyət
Pakistan ordusu dünən gecə paytaxt İslamabadın bəzi məntəqələrində fövqəladə təhlükəsizlik vəziyyəti elan edib.
Pakistan ordusu bir bəyanatda bildirib ki, İslamabadda fövqəladə vəziyyət bir neçə terrorçunun paytaxta daxil olmasının ardınca tətbiq edilib.
Bu bəyanata görə, İslamabadın bəzi ticarət məntəqələri və zəncirvari satış mərkəzlərində təhlükəsizlik tədbirləri artırılıb.
Pakistan ordusu İslamabad əhalisindən istəyibdir ki, zərurət daşımayan gediş-gəlişlərdən çəkinsin və şübhəli hallar müşahidə edərkən cərəyanı təhlükəsizlik orqanlarına xəbər versin.
Şənbə günü axşam silahlı terrorçular Pakistanın Bəluçestan əyalətinin Qvadar liman şəhərində yerləşən Pi-Si(PC) otelinə hücum edərək, təhlükəsizlik qüvvələrilə toqquşublar.
Bu toqquşmada otelin gözətçilərindən biri öldürülüb.
Pakistanın təhlükəsizlik qüvvələri bu dörd terrorçunu öldürə biliblər.
Pakistanda "Bəluç azadlıq ordusu" adlı bir bəluç separatçı qrupu bu terror hücumlarının məsuliyyətini öz üzərinə götürüb.