Bağdadın yaşıl məntəqəsinə hücum
-
Bağdadın yaşıl məntəqəsinə hücum
İraqın təhlükəsizlik təşkilatları bildiriblər ki, bir ədəd katyuşa raketi Bağdadın yaşıl məntəqəsinə, Amerika səfriliyinin yaxınlığına düşübdür.
Medialar partlayışın baş verməsindən sonra Amerika səfriliyinin içərisində təhlükə siqnalının səslənməsindən xəbər veriblər. İraq polisi Bağdadın şərqində yerləşən əl-Sənaə məhəlləsində bir raketatma platforması aşkar edib.
Amerikanın Bağdaddakı səfirliyi dünyada ən böyük səfirlikdir və onun sahəsi Vatikanın ərazisindən çoxdur.
Bu hücum elə bir halda həyata keçirilir ki, Amerika bundan bir müddət öncə regionda gərginliklərin şiddətlənməsinin ardınca özünün qeyri-vacib işçilərindən istəmişdi ki, İraqı tərk etsinlər və son zamanlar da bu işçilərdən bir qrupunu İraqdan çıxarmışdı.
İraqlı rəsmilər Amerikanın bu qərarını siyasi və əsaslandırılmaz adlandırıblar.