May 22, 2019 10:51 Asia/Baku
  • Əl-Husi: Ərəbistan İslamın müqəddəs məkanlarına qarşı fitnə törədir
    Əl-Husi: Ərəbistan İslamın müqəddəs məkanlarına qarşı fitnə törədir

Yəmənin Ənsarullah hərəkatının lideri Səudiyyə rejimiin Yəmən ordusu və xalq qüvvələrini Məkkə şəhərini ballistik raket ilə hədəfə almasına dair iddiasını ağ yalan və nifrət doğuran hərəkət adlandırdı.

İRNA-nın məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülmalik Bədrəddin Husi çərşənbə axşamı ABŞ, İsrail, İŞİD və təkfirçiləri müqəddəs məkanlar üçün təhdid adlandırdı və dedi: Səudiyyə rejimi ABŞ-ın aşkar müttəfiqlərindən biri kimi müqəddəs məkanlardan öz siyasi məqsədləri üçün bir vasitə kimi istifadə edir və İslam müqəddəslərinin qoruyucusu olmadığını sübut edib. 

Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam da Ər-Riyadın iddiasını Səudiyyə rejimi tərəfindən Yəməndə düçar olduğu bataqlıqdan xilas olmaq üçün uğursuz cəhd adlandırdı və dedi: Mülki əhalini hədəfə almaq və müqəddəs məkanları dağıtmaq Yəmən ordusu və xalq qüvvələrinin prinsiplərinə ziddir. 

Ərəbistanda çıxan Əkkaz qəzeti bazar ertəsi günü Yəmənin Ənsarullah qüvvələrinin Taif və Ciddə şəhərlərinə doğru ballistik raket atdığını amma, Ərəbistanın hava hücumundan müdafiə sisteminin bu raketləri vurduğunu iddia edib. 

Teqlər