İyun 11, 2019 12:00 Asia/Baku
  • BMT-də Liviyaya silah göndərilməsi qadağası uzadılıb
    BMT-də Liviyaya silah göndərilməsi qadağası uzadılıb

BMT-nin Təhlükəsizlik Şurası Liviyaya silah göndərilməsinin qadağan edilməsi qətnaməsininin müddətini uzadıbdır.

BMT-nin Təhlükəsizlik Şurası dünən Liviyaya silah göndərilməsinin qadağan edilməsinin uzadılmasına dair 2473 saylı qətnamənin lehinə səs verib.

Belə bir halda, BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, Liviyaya gedən gəmiləri təftiş etmək olar.

Liviyada döyüşlərin yeni dalğası aprelin 4-dən, Xəlifə Həftərin başçılığı altında olan Liviya milli ordusu adlı qüvvələrin Tripoliyə hücumu ilə başlanıb.

Bəzi xarici oyunçular, xüsusən ərəbistan, əmirliklər, misir və Fransa Liviya milli ordusu adlı qüvvələrin komandanı Xəlifə Həftərə dəstək verərək, Liviyada döyüşlərin şiddətlənməsinə bais olurlar.

Bu hücumun başlandığı zamandan bəri Tripolidə 500-dən çox nəfər ölüb, 2154 nəfər də yaralanıbdır.

 

 

Teqlər