İyul 27, 2019 07:52 Asia/Baku
  • S.H. Nəsrullah: Quruculuq Cihadı, müqavimətin bir hissəsidir
    S.H. Nəsrullah: Quruculuq Cihadı, müqavimətin bir hissəsidir

Livan Hizbullahının baş katibi deyib: Quruculuq Cihadı Livanın ən qədim cəmiyyətlərindən olaraq Livan vətəndaşlarına iqtisadi xidmətlər təqdim etməkdən əlavə, sionist rejimin Livana qarşı hücumlarından qalmış əlamətlərin məhv edilməsi sahəsində də fəaliyyət göstərir.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən Livan Quruculuq Cihadının yaradılmasının 31-ci ildönümü münasibətilə Beyrutun Zahiyyə məntəqəsində əlavə edib: Quruculuq Cihadı müəssisəsi siyasi və silahlı mübarizənin kənarında müqavimətin sabit siyasətinin bir hissəsidir.

Livan Hizbullahının baş katibi Amerikanın Livanın Quruculuq Cihadı müəssisəsinə qarşı sanksiyalarına işarə edərək, deyib: Sionist rejim 2006-cı ildəki 33 günlük savaşdan qalmış dağıntıları və onun qələbələrini Livan xalqı üçün məğlubiyyət kimi qələmə verməyə çalışır, amma təcavüzkarlığın dayandırılmasından dərhal sonra Quruculuq Cihadı müəssisəsi dağılmış evlərin bərpasına başladı və beş il ərzində bu işi başa vurdu.

Seyyid Həsən Nəsrullah həmçinin fələstinli mühacirlərin Livandakı yeni iş qanununa qarşı etirazlarına işarə edib. O, deyib: Hizbullah livanlı-fələstinli dialoquna və fələstinli fəhlələrin etiraz işinin dinc və hər cür gərginlikdən uzaq bir şəraitdə həll olunmasına təkid edir.

Livan Hizbullahının baş katibi sonra sionist rejim nümayəndəsinin Hizbullah tərəfindən Beyrut limanından silah köçürülməsinə dair iddiasını rədd edərək, vurğulayıb: Sionistlərin nümayəndəsinin iddiasında məqsəd, Livanın limanları, aeroportları və sərhədlərinə qəyyumluq üçün zəmin yaratmaqdır.

Seyyid Həsən Nəsrullah sonda Fələstin Muxtariyyətinin başçsı Mahmud Abbasın sionist rejimlə olan müqavilələrin icrasının dayandırılmasına dair qərarını alqışlayaraq, deyib: Bu qərar bütün həmkarlıqlara, o cümlədən sionist rejimlə təhlükəsizlik həmkarlıqlarının dayandırılmasına da şamil edilməlidir.

 

 

Teqlər