68-ci "Qayıdış haqqı" yürüşündə bir fələstinli şəhid olub
Qəzzə zolağında keçirilən fələstinlilərin 68-ci "Qayıdış haqqı" yürüşündə sionist hərbçilərin atəşləri nəticəsində bir fələstinli şəhid olub.
Fələstin səhiyyə nazirliyi bir bəyanat yayraq bildirib ki, dünən axşam sionist rejim hərçilərinin Qəzzə zolağında keçirilən böyük 68-ci "Qayıdış haqqı" yürüşünün iştirakçılarına qarşı hücumunda 36 nəfər yaralanıb və onlardan 24 nəfəri hərbi güllə ilə öldürülübdür.
Dinc mahiyyətli Qayıdış haqqı yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir.
2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 310-dan yuxarı fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.
Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.
Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionistsakinli qəsəbələr tikməklə fələstinli məntəqələrin coğrafi quruluşunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələr üzərindəki hökmranlığını təsbit etmiş olsun.