Avq 17, 2019 12:57 Asia/Baku
  • Ümumi fikri yayındırmaq- sionist rejimin Qəzzə zolağına hücumda məqsədi

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü deyib: Sionist rejimin Qəzzə zolağına hücumda məqsədi, ümumi fikri Qərb sahilindəki son müqavimət əməliyyatlarından yayındırmaqdır.

Sionist rejimin qırıcıları bu gün səhər tezdən Qəzzə zolağının şimalını hədəfə alıblar.

Həmas hərəkatının sözçüsü Fuzi Bərhum Qərb sahilindəki son müqavimət əməliyyatlarını yüksək qiymətləndirib. Bildirib ki, bu əməliyyatlar sionist rejimin parametrlərini pozub və onun daxili böhranlarının dərinləşməsinə səbəb olubdur.

Bərhum vurğulayıb: Fələstin müqaviməti heç vaxt sionist rejimin daxili böhranlarının baş verməsi üçün Qəzzənin bir meydan olmasına icazə verməyəcək.

Həmas-ın sözçüsü bildirib ki, müqavimət Fələstin xalqını müdafiə etməyi davam etdirəcək.

O, əlavə edib: Müqavimətin sionist rejimin təcavüzünə reaksiyası Fələstin xalqının Qərb sahilində, Qəzzədə və bütün işğal olunmuş ərazilərdəki cihadı və mübarizələr prosesinə uyğun və onunla eyni istiqamətdə olacaqdır.

Teqlər