Avq 18, 2019 17:45 Asia/Baku
  • Qəzzənin bombalanmasında üç fələsinli gənc şəhid olub

Fələstin səhiyyə nazirliyi bildirib ki, sionist rejimin bu gün səhərçağı Qəzzə zolağının şimalına qarşı hava hücumlarında üç fələsinli gənc şəhid olub, dörd nəfər də yaralanıbdır.

Fələstin səhiyyə nazirliyi əlavə edib: Yaralılar, həmçinin 24 yaşlı Mahmud Adil Əlvəlaidə, 27 yaşlı Muhəmməd Fərid Əbunamus və 26 yaşlı Muhəmməd Səmir Əltəramisi Qəzzə zolağının şimalındakı bir xəstəxanaya köçürülüblər.

Sionist rejim ordusu iddia edib ki, bu hücum Qəzzə zolağından işğal olunmuş Fələstinin cənubuna tərəf üç ədəd raketin atılmasına cavab olaraq həyata keçirilibdir.

Şənbə günü səhərçağı da sionist rejim qırıcıları Qəzzə zolağının şimalını bombalayıblar.

Teqlər