Avq 28, 2019 11:55 Asia/Baku
  • Sionist rejimin Qəzzə zolağının qərbinə qarşı hücumunda üç fələstinli şəhid olub

Sionist rejimin Qəzzə zolağının qərbinə qarşı hücumunda üç fələstinli şəhid olub.

Fələstin səhiyyə nazirliyi bu gün səhər tezdən bildirib ki, sionist rejim hərbçilərinin Qəzzə zolağının qərbinə qarşı hücumunda üç fələstinli şəhid olub, bir neçə nəfər də yaralanıbdır.

Bazar ertəsi günü səhər də sionist rejim qırıcıları Qəzzə zolağının şimalındakı bəzi məntəqələrə hücum edərək, Beyt-Lahiyada Fələstin müqavimətinin bir saytını dörd raketlə bombalamışdılar.

Sionist rejimin onuncu telekanalı bazar günü gecə iddia etdi ki, Qəzzədən qonşuluqdakı sionist qəsəbələrə, o cümlədən "Sederot" qəsəbəsinə azı dörd ədəd raket atılıb və ondan sonra qonşuluqdakı sionist qəsəbələrdə həyəcan siqnalı səsləndirilibdir.

Teqlər