Suriya xalqı anti-Amerika aksiyası keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348711-suriya_xalqı_anti_amerika_aksiyası_keçirib
Suriyanın Hələb vilayətinin sakinləri bu vilayətin bir neçə şəhərində aksiya keçiriblər. Onlar ABŞ qüvvələrinin bu ölkədən çıxmalarını istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2019 09:44 Asia/Baku
  • Suriya xalqı anti-Amerika aksiyası keçirib
    Suriya xalqı anti-Amerika aksiyası keçirib

Suriyanın Hələb vilayətinin sakinləri bu vilayətin bir neçə şəhərində aksiya keçiriblər. Onlar ABŞ qüvvələrinin bu ölkədən çıxmalarını istəyiblər.

Aksiya iştirakçıları Vaşinqtona qarşı şüarlar veriblər. Onlar ABŞ qüvvələrinin Suriyadakı iştiraklarının davam etməsini bu ölkənin suverenliyinin pozulması adlandırıblar.

Əllərində plakatlar tutmuş aksiyaçılar həmçinin Türkiyə qüvvələrinin Suriya ərazisində iştirakına qarşı çıxıblar.

ABŞ və müttəfiqləri terror qrupları ilə mübarizə bəhanəsi ilə və Suriya hökumətinin icazəsi olmadan bu ölkədə hərbi iştiraka malikdirlər. Onlar indiyədək Suriya və İraqda yerləşən terrorçulara milyardlarla dollar dəyərində silah veriblər.